RU
Reklam üçün sevgili olan məşhurlar
14:00
1091

Reklam üçün sevgili olan məşhurlar

Məşhurlar bəzən münasibətlərini, sevgilərini, hətta evliliklərini də şöhrət üçün edirlər.

Reklam olsun deyə yaşanan münasibətlərin bəziləri bitsə də, hələ də səmimi olduqlarına şübhə ilə yanaşılan cütlüklər var. Həm də belə ailələrin və sevgilərin hansının yalan, hansının doğru olduğu heç bir zaman sübut olunmur. Təbii ki, tərəflərdən biri bunu gələcəkdə etiraf etməzsə... Reklam olunmaq və gündəmə gəlmək üçün sevgili olan cütlüklərin bəzilərini təqdim edir.

"High School Musical" adlı müzikllə ulduzları parlayan Vanessa Hyucens və Zak Efronun sevgisinin saxta olduğu illərdir ki, müzakirə edilir. Fanatları kamera qarşısında bir-birinə aşiq gəncləri canlandıran Hyucens və Efronu real həyatda da belə görmək istəyirdilər. Həm də prodüser şirkəti filmin davamını çəkmək üçün bu reklamdan istifadə edirdi. "High School Musical" bitdikdən sonra onların da "sevgi"si başa çatdı... /axsam

7news.az

 

Haqlarında bənzər iddia ortaya atılan digər cütlük Robert Pattinson və Kristen Styuartdır. "Alacaqaranlıq" ("Twillight") filmləri ilə məşhurlaşan gəncləri fanatlar da bir-birinə çox yaraşdırırdı. Kassa gəlirləri böyüdükcə Pattinson və Styuartın həyatda da sevgili olması xəbərləri yayılmağa başladı. Tənqidçilər onlara "filmin reklamı üçün sevgilisiniz" desə də, Robert bu iddialarla razılaşmamışdı. Sonra isə Kristenin xəyanətinə görə cütlük ayrılıb.

Reklam üçün sevgili olduqları söylənilən cütlüklərdən biri də Harri Stayls və Teylor Sviftdir. Sviftin "I Knew You Were Trouble" və "Style" adlı mahnılarının Harri üçün bəstələdiyi məlum idi. Karyerasının zirvəsinə çıxmış hər iki ifaçı bununla fanatlarının diqqətini bir az da çəkmiş olublar. Bir müddət sonra isə onların da yolları ayrılıb.

Hollivudun saxta evlilik iddialarından ən ağırı - Tom Kruz və Keti Holms cütlüyü... İlk iddiaya görə, Tom homoseksual olması haqda gəzən söz-söhbətdən bezmişdi. Onun Nikol Kidmandan boşandıqdan sonra şəxsi həyatını gizlətməsi bu iddiaları bir az da gücləndirmişdi. Digər iddiaya görə isə, Tom Kruz ailə qurmaq üçün bir çox qadınla görüşdürülüb. Belə ki, qadın 5 il aktyorla ailəli qalmalı, bunun qarşılığında müəyyən məbləğ almalı idi. Uşaq olarsa, bu da əlavə məbləğlə hesablanacaqdı. Amma sonda bu iş üçün Keti seçildi. İtaliyadakı möhtəşəm toyda onların artıq Suri adlı qızları doğulmuşdu. 5 il keçdikdən sonra isə həqiqətən də onlar ayrıldılar...

Kıvanç Tatlıtuğ  özündən yaşca böyük Meltem Cumbulla sevgili olması ilə medianın gündəminə düşmüşdü. İddiaya görə, Cumbulun baş rolda çəkildiyi "Aşk yakar" serialının reytinqləri aşağı olduğu üçün prodüserlər həmin vaxt "Aşk-ı Memnu"nun ulduzu olan Kıvançla sevgili olma xəbərini yaydılar. Cütlük paparassilərin hədəfinə bir neçə dəfə düşdükdən qısa müdət sonra ayrıldılar.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ