RU
Rekord qıran astronavt yerə qayıtdı
16:05
27

Rekord qıran astronavt yerə qayıtdı


7NEWS.az xəbər verir ki, Rubio 370 gün 21 saat 22 dəqiqə ilə kosmosda ən uzun müddət qalma rekordunu qırıb. Rubio keçən il NASA astronavtı Mark Vande Heinin təyin etdiyi 355 gün 3 saat 45 dəqiqəlik rekordu üstələyib. Rusiyanın Roskosmos Kosmik Agentliyi NASA astronavtı Frank Rubio və rus kosmonavtları Sergey Prokopyev və Dmitri Petelinin Beynəlxalq Kosmik Stansiyada bir il qaldıqdan sonra dünən Yerə qayıtdıqlarını açıqlayıb. Roskosmosdan verilən açıqlamada deyilir: "Beynəlxalq Kosmik Stansiyada bir il qalan kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin və NASA astronavtı Fransisko Rubio Qazaxıstanın Cezkazqan şəhəri yaxınlığında yerə eniblər. Enişi NASA da təsdiqləyib. Rusiyanın "Soyuz" kapsulu ilə 6 aylıq missiya üçün Beynəlxalq Kosmik Stansiyaya gedən komanda geri dönərkən, onların kosmik gəmisində sızma baş verib. Kapsul sızma səbəbiylə ekipajsız Yerə dönərkən, NASA-nın ekipajı Yerə qaytarmaq üçün yeni kosmik gəmi göndərəcəyi bildirildi. Bu səbəbdən ekipajın geri dönüşündə 6 ay gecikmə olub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ