Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu Ali Məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirib.
Rektor Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüqlər açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb.
Xatırladaq ki, 2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub./qafqazinfo
7news.az








