RU
“REN TV”nin jurnalistləri İŞİD-in mühasirəsində qaldı
22:41
1047

“REN TV”nin jurnalistləri İŞİD-in mühasirəsində qaldı

“Şəhər od içindədir”.

Rusiyanın REN TV telekanalının çəkiliş qrupu Suriyada Kobani şəhirində İŞİD-in qonşu Təl-Əbyad şəhərinə gözlənilməz hücumu nəticəsində mühasirəyə düşüb.

Bu barədə RİA Novosti agentliyinə çəkiliş qrupunun operatoru məlumat verib. 

“Biz bir neçə gün Kobanidə işlələdik və artıq getməyə hazırlaşırdıq. Bu gün səhər İŞİD yaraqlıları gözlənilmədən qonşu Təl-Əbyad şəhərinə hücuma keçdilər”, - operator deyib.

O bildirib ki, Təl-Əbyadda döyüşlər 15 nöqtədə aparılır.

“Şəhər od içindədir. Kobanidən şərqə gedən yol çox təhlükəli olub, biz şəhərdə mühasirədə qalmışıq”, - o, qeyd edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ