RU
Renat Dadaşov heyətdə yoxdur
19:44
690

Renat Dadaşov heyətdə yoxdur

Frankfurt "Ayntraxt"ından Azərbaycan milli komandasına çağırılmış futbolçu Renat Dadaşov 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniya milli komandasına qarşı oynamayacaq.
 
Qol.az-ın məlumatına görə, 18 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. UEFA-nın saytında dərc olunmuş siyahıda Azərbaycan millisinin oyuna 23 oyunçu ilə çıxacağı göstərilib. Siyahıya Renad Dadaşovun adı salınmayıb.

AFFA-dan bildirilib ki, Dadaşovun heyətdə olmaması barədə onlarda hər hansı məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ