İsveçli qarışıq döyüş (MMA) ustası Anton Turkal "Brave Combat Federation” turnirində qazaxıstanlı Konstantin Soldatov üzərində qələbə çalıb.
Qarşılaşmanın görüntüləri federasiyanın "Twitter” səhifəsində yayımlanıb.
Turkal döyüşün 13-cü saniyəsində rəqibini nokauta salaraq, "Brave Combat Federation” qarşılaşmalarında rekorda imza atıb.
Qeyd edək ki, bu idmançının karyerası ərzində 7-ci ardıcıl qələbəsi olub.








