"Cüdo idman növünün ölkəmizdə böyük ənənələri var. Bu sahədə kifayət qədər böyük uğurlarımız var”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rəşad Nəbiyev deyib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri bu gün ACF-in növbədənkənar hesabat-seçki konfransında qurumun rəhbəri seçilib. O, səsvermədən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, əsas işi ölkəmizdə bu idman növünün daha da inkişafına nail olmaqdır: "İstər olimpiadalarda, istər dünya, istərsə də Avropa çempionatlarında idmançılarımız ciddi nailiyyətlər əldə ediblər. Bizim də üzərimizə düşən ilk növbədə bu nailiyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir”.
Qeyd edək ki, Nəbiyev bu postda Rövnəq Abdullayevi əvəzləyib.
7NEWS.Az







