Bu gün UEFA Gənclər Liqasında 2-ci turun oyunları keçiriləcək. "Qafqazinfo” xəbər verir ki, təmsilçimiz "Qarabağ”ın 19 yaşlılardan ibarət komandası Suraxanı qəsəbə stadionunda "Roma”lı həmyaşıdlarını qəbul edəcək.
İlk turda məğlub olan hər iki komandanın duelində tərəflər qalib gəlməklə ilk xallarını qazanmağa cəhd edəcəklər.
İlk matçda "Çelsi”dən 5 cavabsız top buraxmaqla darmadağın olan Rəşad Sadıqovun yetirmələri bu oyunda heç-heçə edəcəyi təqdirdə belə top fərqinə görə son pilləni tərk etməyəcək.
***
7news.Az xəbər verir ki, "Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da "Roma”lı həmyaşıdlarını qarşılayıb. Oyunun 11-ci dəqiqəsində "Roma” hesabı açıb. Hazırda "Qarabağ” gəncləri 1-0 məğlub olur.
14:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya)
Baş hakim: Horatiu Fesniç
Baş hakimin köməkçiləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
Bakı. "Qarabağ” stadionu








