RU
18:27
589

"Rəşid Behbudov" Bakıya noyabrın 2-də gətiriləcək

Avstraliyada "Austal" şirkətinin tikdiyi "Rəşid Behbudov" sürət sərnişin gəmisi bu ilin noyabrın 2-də Azərbaycana gətiriləcək.

Bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Yeni 70 metrlik gəmi Xəzərdə iri neft-qaz layihələrinə xidmət göstərmək üçün nəzərdə tutulub.

Gəminin sərnişin tutumu 150 nəfərdir. Sürəti isə 30 uzla çatacaq gəminin inşasına 2015-ci ilin oktyabrında başlanılıb./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ