RU
Rəsmi Moskva: Aİ Rusiyaya qarşı sanksiyaların dünyanın ərzaq təhlükəsizliyini sarsıtdığını etiraf edib
16:50
261

Rəsmi Moskva: Aİ Rusiyaya qarşı sanksiyaların dünyanın ərzaq təhlükəsizliyini sarsıtdığını etiraf edib

Avropa İttifaqının yeni sanksiyalar paketi Moskva və Brüssel arasında münasibətlərə prinsipial olaraq yeni heç nə gətirmir.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı qərarı barədə şərhində bildirilib.

"Aİ-nin öz ərazisində daha dörd rus mediasının yayımına qadağa qoyması Brüsseldə adi təcrübəyə çevrilmiş avtoritar tədbirdir. Avropa İttifaqı Rusiya ixracatçıları üçün istisnanın mümkünlüyünü nəzərdə tutaraq, sanksiyaları səbəbindən dünyanın ərzaq təhlükəsizliyinin sarsıdılmasını mahiyyətcə etiraf edib. Anti-Rusiya siyasətinin Aİ üçün ağrılı nəticələri, o cümlədən ABŞ-ın "köməyi" olmadan da artacaq", - deyə Zaxarovanın XİN-nin saytında yer alan yazılı şərhində qeyd olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ