"Qədim Palmiranın İŞİD tərəfindən işğalı bütün sivil bəşəriyyətin imicinə ziyan vuracaq”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, terrorçuların Palmiranı ələ keçirməsi Rusiyanın nüfuzuna qətiyyətlə xələl gətirmir:
"Palmira Suriya şəhəridir. Bu isə o deməkdir ki, Rusiya Palmiranı itirməyib. Palmiranın ətrafında nələr baş verdiyinə gəlincə, bildirim ki, təhlükə artıq yaranıb”.
Qeyd edək ki, İŞİD terror qruplaşması Palmiranı dekabrın 11-də işğal edib. Bu şəhərin işğalı prosesində təxminən 5 min döyüşçü iştirak edib. Onlar əsasən, Rəqqa, Deyr-əz-Zora və İraqdan gəlmələr olub.
Palmira Suriyanın paytaxtı Dəməşqdən 240 km məsafədə yerləşir. İşğala qədər 80 faiz yerli əhali şəhəri tərk edib./qafqazinfo
7news.Az








