Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
7news.Az xəbər verir ki, xəstəxananın baş həkiminin müavini Mahir Babayev Lent.az-a açıqlamasında bildirib ki, özünü xəstəxananın 4-cü mərtəbəsindən ataraq intihar edən 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğlu ağır dərəcəli şəkər xəstəsi olub: "Həmin xəstə artıq 22 il idi ki, diabetdən əziyyət çəkirdi. Artıq qıcolmaları, beyin fəaliyyətinin pozulması halları müşahidə edilirdi və xəstəlik onun digər orqanlarına da ciddi sirayət etmişdi. Özü də tez-tez deyirmiş ki, artıq iynə-dərman qəbul etməkdən bezib, yaşamaq istəmir”.
Baş həkimin müavini əlavə edib ki, rəsmi icazə ilə C.Ağayevin oğluna atasının yanında qalmağa icazə verilib: "Hadisə vaxtı palatada xəstənin oğlu olub və son anda atasının özünü atdığını görüb, lakin onu saxlamağa gücü çatmayıb”.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
------------
Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.
Orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölən şəxsin kimliyi araşdırılır./report
7news.Az








