ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Tramp qələbəyə daha da yaxınlaşıb.
7news.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 10-a olan məlumata görə, D.Tramp seçənlər kollegiyasının səslərinin 255-ni toplayıb. Onun rəqibi – Demokratlar partiyasının namizədi Hillari Klinton isə 215 səs alıb.
D.Tramp Pensilvaniya və Miçiqan ştatlarında seçənlər kollegiyasının səslərini ala bilsə o, Prezident seçilmək üçün tələb olunan 270 səslik həddi keçəcək.








