Respublikada tütün yığımı davam edir. Bu günədək fermerlər tərəfindən 4545 ton tütün
yığılıb, tədarük məntəqələrinə 3648 ton quru tütün təhvil verilib. Bu il Azərbaycanın 14
rayonunda və Naxçıvan Muxtar Respublikasında 3134 hektar sahədə tütün əkini həyata
keçirilib. Hazırda sahələrdə yığım davam edir.
Ölkə üzrə şəkər şuğundurunun yığımı da davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə
100,7 min ton məhsul təhvil verilib. 2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə
7345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5693 hektarı sadə suvarmalı,
1652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu il şəkər çuğunduru ən
çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha)
və Füzuli (553 ha) rayonları ərazisində əkilib.








