RU
Rəsul Çunayev doğma yurdunda
18:03
1814

Rəsul Çunayev doğma yurdunda

Avropa və Dünya çempionu Rəsul Çunayev doğulub boya-başa çatdığı Balakənə qayıdıb.

Gərgin yarışdan sonra müvəqqəti istirahət etmək üçün doğma evinə, Balakənə qayıdan "Şöhrət" ordenli gənc idmançı formada qalmaq üçün burda da məşqlərini davam etdirir.

Sadəliyi, səmimiliyi ilə seçilən Rəsul rayonun Qabaqçöl qəsəbəsində ilk dəfə idmana başladığı məşq zalında idmanın bu növünün sirrlərinə yiyələnən yeniyetmələrə xatirələrini danışıb. 

Çempion idmançılara öz məsləhətlərini verib, onları daha da həvəsləndirmək üçün yeniyetmələrə öz şəxsi trikolarını hədiyyə edib. Avqustda keçiriləcək Rio-2016 Yay Olimpiya oyunlarına vəsiqə qazanan həmyerlimiz Rəsul Çunayevin bu uğuru böyükdən kiçiyə hamını sevindirir. 

Mayın 6-sı İstanbulda keçirilən Olimpiya oyunlarına lisenziya xarakterli yarışın təsnifat mərhələsində erməni əsilli Fransa təmsilçisi Artak Marqaryan üzərində təmiz qələbə qazanan Rəsul daha sonra final mərhələsində qırğızıstanlı Ruslan Saryova qalib gələrək 66 kq çəki dərəcəsindədə Yunan-Roma güləşində bir nömrə olduğunu sübut edib./regiontv

7News.Az

Rəsul Çunayev doğma yurdunda - Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ