31 yanvar – Azərbaycan tarixində silinməz iz qoymuş dahi insan, dövlət qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cu ildönümü tamam olur.
7News.az M.Ə.Rəsulzadənin 1953-cü il 28 may tarixində, ADR-in yaradılmasının 35-ci ildönümü münasibəti ilə Almaniyada Azadlıq radiosunda lentə alınmış səs yazısını və onun stenoqramını təqdim edir:"Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qırmızı istibdad zülmü altında inləyən əziz vətənimizdə, 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar”.
Bu sözləri şərqdə ilk Demokratik Respublikanın banisi Məhəmməd Əmin Rəsulzadə demişdi. Bəli, bu gün "28 Mayıs”ımız yenidən doğub və biz bu gün yenidən müstəqilik.
Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin 31 yanvar tarixində Novxanı kəndində doğulub.//cebhe.info
7News.az








