RU
Ürəyi dayanan itə süni nəfəs verdilər
12:29
520

Ürəyi dayanan itə süni nəfəs verdilər

İspaniyanın paytaxtı Madriddə mülki müdafiə qüvvələrinin əməkdaşlarının bir köpəyi xilas etmək üçün etdikləri canfəşanlıq ortaya maraqlı görüntülər çıxarıb.

Evdə baş verən yanğından sonra tüstüdə boğulan itin ürəyi dayanıb. Ancaq xilasedicilər onu yenidən ayıltmaq üçün bütün mümkün vasitələrdən istifadə ediblər. Həvəskar kameradan lentə alınan görüntülərdə bir işçinin hətta köpəyə süni nəfəs verdiyi diqqət çəkir.

Xilasedicilər hərəkətsiz halda yerə uzanan itə ürək masajı etməklə, onu ayıltmağa çalışıb. Ancaq nə süni nəfəs, nə də bu masaj onu heyata qaytarmağa kifayət edib.

Mülki müdafiə qüvvələrinin köpəyi xilas etmək üçün bu qədər canfəşanlıq göstərməsi ölkədə alqışla qarşılanıb.

Sakinlər heyvanın həyatına dəyər verən işçiləri qəhrəman kimi qələmə verir. Yerli media da bu hadisəyə geniş yer ayırıb./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ