RU
Reynaldo qəza zamanı içkili olmayıb
19:53
1663

Reynaldo qəza zamanı içkili olmayıb

“Mövsümlərarası fasilə dönəmində vətənində olan futbolçumuz Reynaldo idarə etdiyi avtomobillə qəza keçirib”.

7News.az xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. 

Klub rəsmisi bildirib ki, hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb:

“İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb. Hadisə zamanı Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələylə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” klubunun üzvü Reynaldo Dos Santos ölkəsində qəza törədib.
Futbolçu 120 km/saat sürətlə idarə etdiyi " Chevrolet Camaro" markalı avtomobili ilə motosiketlə toqquşub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ