Rezvani şirkəti yeni modelini təqdim edəcək.
16 noyabr tarixində Los-Anceles şəhərində keçiriləcək avtomobil sərgisində 500 at güclü yeni "Beast Alpha" idman avtomobili təqdim ediləcək.
Yeni modelin çəkisi cəmi 884 kq-dır. Aqreqat 500 at gücü hasil edir. 96 km/saat sürəti cəmi 3.2 saniyəyə əldə edir. Avtomobil 6 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilib.
Eyni zamanda sükana birləşdirilmiş avtomatik sürətlər qutusu ilə təchiz edilmiş versiyası da nəzərdə tutulub./olke.az
7news.Az















