Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Bakıda 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahanın gedişinə nəzarət olunub.
Aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılıb, nəticələr yaxın günlərdə elan olunacaq.
Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər./lent.az
7News.Az








