RU
“Rheinmetall” Niderlandın adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək
16:15
104

“Rheinmetall” Niderlandın adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək

Almaniyanın silah konserni olan "Rheinmetall” Niderland hökuməti adından Ukraynaya 14 ədəd "Leopard 2” tankı verəcək.

7News.Az "RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə "Tagesschau” məlumat yayıb.

"Rheinmetall” şirkəti sifarişin yüzmilyonlarla avroluq olduğunu açıqlayıb. Həmçinin Almaniyanın federal hökuməti ilə də müvafiq razılaşma əldə olunub.

Qeyd olunur ki, döyüş tanklarından birincisi 2024-cü ilin yanvarında, qalanları isə həmin il ərzində Ukraynaya təhvil verilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ