“Beşiktaş” futbol klubu “Vodafone Arena”nın açılışına dünyaca məşhur müğənni Rihannayı dəvət etmək üçün hərəkətə keçib.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, arena 10 aprel tarixində yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə açılacaq.
Rihannayı səhnəyə çıxarmaq üçün Türk Hava Yolları və Koç şirkəti kluba sponsorluq edəcək. Müğənnini İstanbula gətirmək üçün uzun zamandır danışıqlar aparan sponsorlar alternativ variantlar üzərində də işləyirlər.
Qeyd edək ki, ağ-qaralılar meydanda ilk oyununu aprelin 11-də “Bursaspor” ilə oynayacaq.








