RU
Rihannanın malikanəsi gülləbaran edildi
12:40
31

Rihannanın malikanəsi gülləbaran edildi

Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.

Bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir qadın maşından ulduz sənətçinin ​​evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib.

Hadisə baş verən zaman müğənninin evdə olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Müğənninin evinə hücum edən şəxsin motivləri barədə məlumat verilməyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ