Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
7News.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Sinişin bürünc medal uğrunda görüşdə venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası məğlub edib - 2:1.
18.08.2016 20:29
Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin (53 kq) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.
7News.Az xəbər verir ki, ukraynalı legioner 1/8 final mərhələsində 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı Saori Yoşidaya uduzub.
Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gələcək. Nataliya qalib gələcəyi halda bürünc medal uğrunda mübarizə aparacaq. Qarşılaşma saat 23:05-də start götürəcək.








