RU
Rio-2016: ​Azərbaycanın qadın taekvondoçusu məğlub oldu
17:47
1955

Rio-2016: ​Azərbaycanın qadın taekvondoçusu məğlub oldu

Patimat Abakarova bürünc medal qazanmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb. 

7News.Az xəbər verir ki, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.

1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib.

İndi Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ