Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
7news.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoya qalib gəlib.
Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.
7news.Az








