RU
Rio-2016: Dünya çempionu Elvin Məmişzadə ilk qələbəsini qazandı
19:16
1524

Rio-2016: Dünya çempionu Elvin Məmişzadə ilk qələbəsini qazandı

Avqustun 15-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) ilk görüşünə çıxıb.

7news.Az xəbər verir ki, 1/8 final mərhələsində qazaxıstanlı Oljas Sattıbayevlə qarşılaşan dünya çempionu Elvin Məmişzadə rəqibini hər üç raundda məğlub edərək növbəti mərhələyə yüksəlib.

Təcrübəli idmançımız qazaxıstanlı rəqibinə 2012-ci ildə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində də qalib gələrək yarışda birinci yeri tutmuşdu. Boksçumuz Rio Olimpiadasına vəsiqəni ötən il Qətərdə keçirilən dünya çempionatında qazanmışdı.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ