RU
Rio-2016: Güləşçimiz Rövşən Bayramov medalsız qaldı
10:07
1449

Rio-2016: Güləşçimiz Rövşən Bayramov medalsız qaldı

Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal uğrunda görüşdə 2014-cü il dünya çempionatının mükafatçısı norveçli Stiq-Andre Berqeyə məğlub olub.

7News.Az xəbər verir ki, idmançımız “Rio-2016”-nı beşinci yerdə yekunlaşdırıb.

(14 avqust) 19:25

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Rövşən Bayramov yarımfinal görüşünə çıxıb.

7News.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız Yaponiya təmsilçisi Ota Şinobu ilə üz-üzə gəlib. 

Görüş yapon güləşçisinin qələbəsi ilə başa çatıb.

18:45

Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) Rio 2016 Olimpiya Oyunlarında yarımfinala vəsiqə əldə edib.

7News.Az xəbər verir ki, 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telkeni  9:0 hesabı ilə məğlub edib.

17:37

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışları davam edir.

7News.Az xəbər verir ki, Azərbaycanın güləşçisi Rövşən Bayramov (59 kq) Oyunların 1/4 final mərhələsinə vəsiqə əldə edib.

R.Bayramov Venesuela təmsilçisi Rayber Xose Rodriqez Orozkoüzərində inamlı qələbə qazanaraq (8:0) növbəti mərhələyə yüksəlib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ