RU
Rio-2016: Hacı Əliyev təsəlliverici görüşlərə qatılacaq
19:40
753

Rio-2016: Hacı Əliyev təsəlliverici görüşlərə qatılacaq

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev 1/4 finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşviliyə məğlub olub. 

7news.Az xəbər verir ki, rəqibin finala yüksəlməsi ilə Hacı Əliyev təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. 

Güləşçimizin ilk rəqibi qazaxıstanlı Nurislam Sanayev olacaq.

------

Bu gün Rio-2016-da sərbəst güləş yarışları keçirilir.

7News.az bildirir ki, millimizin üzvü Hacı Əliyev (57 kq) 1/8 finalda Yun Cun (Cənubi Koreya) ilə yarışıb. İdmançımız 12-2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. 

Hacı 1/4 finalda Gürcüstan təmsilçisi Vladimir Hinçeqaşvili ilə döyüşəcək./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ