Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) Rio 2016 Olimpiya Oyunlarında 1/4 finala vəsiqə əldə edib.
7news.Az-ın məlumatına görə, idmançımız Qazaxıstan təmsilçisi Dosjan Kartikov üzərində inamlı qələbə qazanaraq (5:1) növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/16 finalda Mürsəliyev misirli Sebie Mahmud üzərində qələbə qazanıb.
-----
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarına start verilib.
7news.Az xəbər verir ki, Azərbaycan güləşçisi Elvin Mürsəliyev (75 kq) 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Elvin Mürsəliyev 1/8 final mərhələsinə yüksəlib.
İdmançımız növbəti mərhələdə qazaxıstanlı Doshan Kartıkov ilə qarşılaşacaq.
7news.Az








