RU
Rio-2016-nın talismanı olan yaquar güllələnib
18:13
1554

Rio-2016-nın talismanı olan yaquar güllələnib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafetində xoşagəlməz hadisə baş verib. 
Məşəl daşıyanların yanında olan Juma ləqəbli yaquar Amazonas ştatında güllələnib.
Yırtıcı heyvan estafetdən sonra nəzarətçilərin əlindən qaçıb. Hadisə hərbi hissənin ərazisindəki zooparkda baş verib. İlk olaraq zoopark işçiləri Jumaya sakitləşdirici iynə vurmağa cəhd ediblər. Amma yaquar həkimlərdən birinin üzərinə hücum çəkib və bu zaman güllələnib.
Qeyd edək ki, Juma ləqəbli yaquar Rio-2016 məşəl estafetinin talismanı idi./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ