Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
7News.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olub.
08.09.2016 20:47
Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) "Rio-2016” Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.
7News.Az xəbər verir ki, yarımfinal mərhələsində cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.
Həlledici görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.
19:27
Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
7News.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoyaqalib gəlib.
Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.








