Rio-de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
7news.Az-ın məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb.
Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.
Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.
------
Azərbaycanı “Rio-2016”-da 58 kiloqram çəki dərəcəsində təmsil edən qadın güləşçi Yuliya Ratkeviç Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.
7news.Az verir ki, idmançımız 1/4 finalda kolumbiyalı Jaklin Renteria Kastilyonu 7:3 hesabı ilə qalib gəlib.
1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç ilk görüşünə çıxıb.
7news.Az xəbər verir ki, 1/8 finala təsadüf edən qarşılaşmada rəqib ukraynalı Oksana Herhel olub.
Ratkeviç görüşün sonlarınadək 3:0 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl xallarla irəli çıxıb. Bununla belə, son saniyələrdə azərbaycanlı güləşçi daha bir fənd tətbiq edərək qələbəni təmin edib - 7:5.
1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.
7news.Az








