RU
Rio-2016: Rüstəm Orucov yarımfinalda
20:42
1662

Rio-2016: Rüstəm Orucov yarımfinalda

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.

7news.Az xəbər verir ki, Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıMiklos Unqvarını məğlub edib. 

Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) -Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

-----

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxacaq.

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. O, 1/8 finalda avstriyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ