Braziliyanın Rio-de-Janeyro şəhərində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib. Avtomobili çaya düşərək itkin düşdüyü bildirilən şəxs üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
7NEWS.az xəbər verir ki, Cənubi Amerikanın Braziliya ölkəsi Rio-de-Janeyroda həftəsonu yağan güclü yağışlar nəticəsində 11 nəfərin öldüyü açıqlanıb. Güclü yağışlar nəticəsində küçələri, metroları, evləri su basıb, ağaclar aşıb, sürüşmə baş verib.
7NEWS.az








