RU
Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi başa çatıb
08:58
533

Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi başa çatıb

Rio-de-Janeyroda "Marakana stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasimi başa çatıb.

7News.Az bu barədə TASS-a istinadən xəbər verir. 

2016-ci ilin Paralimpiya Oyunlarının məşəlini üzgüçülük üzrə altıqat paralimpiya çempionu, braziliyalı Silva Everaldo alovlandırıb. Estafetin son mərhələsində məşəl daşıyanların hər biri əlilliyin bir növünü təmsil edirdi – Antonio Delfino (idmançı-amputant), Marsiya Malsar (ODA tutmuş qadın), Adria Roça (görmə qabiliyyətini itirmiş idmançı) və Silva (əlil arabasında olan idmançı).

Daha öncə Braziliya prezidenti Mişel Temer Paralimpiya Oyunları - 2016-nı öz təntənəli nitqi ilə açıq elan etmişdi, nitqi zamanı prezident bir neçə dəfə fitə basılmışdı. 

Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri Filipp Kreyven də Braziliya hökumətinə təşəkkür edərkən fitə basılmışdı. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ