Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Çarlinin yeni sevgilisi olduğu iddia edilən teleaparıcı, 33 yaşlı Çarli Uebster Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində ölümcül xəstəliyə yoluxub. Malyariyanın çox ağır və kəskin formasına tutulmuş teleaparıcı şəhərdəki hospitallardan birinə aparılıb.
7News.az Daily Mail-ə istinadən bildirir ki, hospitalın intensiv terapiya bölməsinə yerləşdirilmiş Ç.Uebster koma vəziyyətindədir. Onun anası, qardaşı və bacısı Rioya yollanıblar.
"Sky Sports News" telekanalının aparıcısı Britaniyanın Olimpiya yığmasının simvollarından biridir.
Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində qəflətən özünü pis hiss edən Ç.Uebster 10 gün əvvəl xəstəxanaya yerləşdirilib.
Həkimlərin dediklərinə görə, Çarli Uebster malyariya xəstəliyinin çox nadir ştammına yoluxub.
7News.az










