Braziliyanın Rio-de-Janeyro şəhərindəki Olimpiya kəndindəki stadionlardan birinin qarşısında partlayış olub.
7News.Az Globo-ya istinadən bildirir ki, Braziliya DİN-in xüsusi təyinatlı dəstəsinin mənsubları stadiona girişin yanında yerə qoyulan və şübhə doğuran bel çantasını partladıblar.
Sonradan bəlli olub ki, çantada partladıcı maddə yoxmuş.
İnsident "Arena Carioca 1" stadionun yanında, İspaniya və Nigeriya basketbol yığmalarının matçından əvvəl yaşanıb.
Dünənsə polislər Kopakabana çimərliyində sahibsiz çantanı partladıblar.








