RU
Riqada etirazçılar hökumətin dəyişməsini tələb edirlər
00:20
1418

Riqada etirazçılar hökumətin dəyişməsini tələb edirlər

Riqanın mərkəzində koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.

Bu barədə TASSxəbər verib.

Etiraz aksiyasında bir neçə min insan iştirak edib.

Aksiya Köhnə Riqadan keçən yürüşlə başlayıb, iştirakçılar Azadlıq abidəsi önünə gül dəstələri qoyublar.

Aksiyanın önündə gedən Latviyanın keçmiş iqtisadiyyat naziri və keçmiş nəqliyyat naziri Ainars Slesers aksiyanın məqsədinin dinc yolla hakimiyyət dəyişikliyi olduğunu deyib.

"Hökumətdə olan insanlar keçmişdə qalmalıdır, bu, bizim əsas məqsədimizdir", - A.Slesers deyib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ