Rohinca qaçqınlarını daşıyan qayıq Banqladeş yaxınlığında qəzaya uğrayıb.
Əvvəlcə 2 nəfərin həlak olduğu barədə məlumat verilmişdi. Sahil mühafizə idarəsindən alınan son məlumatlara əsasən ölənlərin sayı 12-ə çatıb.
Məlumatda deyilir: "Dünən gecə iki rohincanın meyitini tapdıq. Bu gün səhər isə 10 nəfərin meyiti çıxarılıb".
İnsident bazar günü Naf çayında baş verib. Çay Myanma və Banqladeş sərhədinin bir hissəsini təşkil edir. Sahil mühafizə xidməti bildirir ki, qayıqda 40 nəfər olub. Onlardan səkkizini xilas etmək mümkün olub. Xüsusi xilasetmə əməliyyatı keçirilir./olke.az
7news.Az








