Katoliklərin ruhani lideri Roma Papası Fransiskin bu gün yırtıq əməliyyatı etdirəcəyi bildirilir.
7NEWS.az xəbər verir ki, Vatikanın sözçüsü Matteo Bruni, 2021-ci ildə bağırsaq əməliyyatı keçirən 86 yaşlı papanın bir müddətdir "təkrarlanan və pisləşən" simptomlara səbəb olan yırtıqdan əziyyət çəkdiyini söylədi. Bruni Roma Papası Fransiskin bu gün Romadakı xəstəxanada göbək yırtığından əməliyyat olunacağını açıqlayıb. Papanın bir neçə gün xəstəxanada müşahidə altında qalacağı gözlənilir.
7NEWS.az








