Roma Papası Fransisk yoxsullardan üzr istəyib
Papa Roma Katolik Kilsəsi adından xristianların üz döndərdiyi bütün yoxsullardan üzr istəyib. O, insanları ləyaqət hissini qoruyub saxlamağa dəvət edib.
Papa deyib: "Mən yoxsul və imkansız insanla qarşılaşıb ondan üz döndərən xristianların yerinə üzr istəyirəm".
Vatikanda keçirilən "Mərhəmət Yubileyi"ndə 22 ölkədən 4 min yoxsul iştirak edib. Tədbir başa çatdıqdan sonra pontifik 6 nəfər evsizlə birlikdə dua oxuyub./olke.az
7news.Az








