RU
Roma Papasından Türkiyə ilə bağlı
19:50
699

Roma Papasından Türkiyə ilə bağlı

Bu gün Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində "qəddar sui-qəsd" nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb.

Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.
 
Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib. /apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ