İtaliyada "Norwegian Air” aviaşirkətinə məxsus "Boeing 787” təyyarəsinin uçuş zamanı mühərriki partlayıb.
"Life”ın yaydığı məlumata görə, Los-Ancelesə uçan təyyarə Romanın Fyumiçino hava limanından göyə qalxıb. Lakin mühərriklərinin birində problem üzə çıxdıqdan sonra təyyarə hava limanına qayıtmalı olub.
Bu zaman mühərrikdə partlayış baş verib və onun qırıqları şəhər üzərinə və insanlarla dolu olan çimərliklərə tökülüb. Hadisə nəticəsində evlərin və maşınların damlarına ziyan dəyib. Xoşbəxtlikdən daha ciddi fəsadlar yaranmayıb.
Двигатель норвежского Boeing 787 маршрута Рим-Лос Анджелес взорвался в воздухе, после чего его фрагменты посыпались с неба на машины и людей в римском пригороде Фьюмичино.
Смотреть другие твиты ВВМУПП- суперклуб
7News.Az









