Romada yüzlərlə müsəlman İtaliya hökuməti tərəfindən qeyri-qanuni olaraq ibadət yerlərinin bağlanmasına etiraz olaraq Kolizey yaxınlığında namaz qılıblar.
7news.Az "Aljazeera”-ya istinadən xəbər verir ki, İtaliyada təxminən 1,6 milyon müsəlman yaşasa da, rəsmi qeydiyyatdan keçən məscidlərin sayı olduqca azdır.
Dindar insanlar adətən ev və İslam mədəniyyət mərkəzlərində namaz qılırlar.








