RU
Romada uşaq parkına Putinin heykəli qoyuldu - Fotolar
10:30
46

Romada uşaq parkına Putinin heykəli qoyuldu - Fotolar

Rusiya Prezidenti Vladimir Putinin miniatür tankın üzərində oturduğunu əks etdirən heykəli İtaliyanın paytaxtı Romadakı uşaq parklarının birinə qoyulub.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, heykəli düzəldən fransalı sənətçi Ceyms Kolominadır.

O, Ukrayna müharibəsində Putinin uşaqca davranışına diqqət çəkmək məqsədilə bu addımı atdığını bildirib.

Oyuncaq kimi qəbul edilən heykəl uşaq meydançasında əyləncə mənbəyinə çevrilib.

Həmçinin, Kolomina Putinin parlaq qırmızı heykəlləri ilə tanınır. Onun Rusiya Prezidentinə həsr etdiyi heykəlləri daha əvvəl Paris, Barselona və Nyu-Yorkda sərgilənib.

 

 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ