RU
Ronaldinyo Türkiyə klubuna keçir
15:57
911

Ronaldinyo Türkiyə klubuna keçir

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo böyük ehtimalla karyerasını Türkiyədə davam etdirəcək.

7News.az-ın “Sky Sport Italia”ya istinadən yaydığı xəbərə görə, onun yaxın həftələrdə “Antalyaspor”la müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 36 yaşlı hücumçunun son klubu Braziliya “Fluminense”si olub.

Xatırladaq ki, “Antalyaspor”da hazırda dünya futbolunun başqa bir ulduzu – Samuel Eto’o çıxış edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ