Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo Meksikanın 3-cü divizionunda çıxış edən "Sinko Estrelyas Deportivo" klubu ilə anlaşıb.
7News.Az xəbər verir ki, bu barədə "sambaçı"nın özü məlumat verib. O, meksikalılarla 1 oyunluq anlaşıb və keçiriləcək yoldaşlıq matçında iştirak edəcək.
Qeyd edək ki , yenicə "Barselona"nın ABŞ-dakı elçisi təyin edilən Ronaldinyo futbolçu karyerasını gələn il bitirəcəyini bildirib.








