Məşhur futbolçu ölkəmizə "Qəbələ” futbol klubunun dəvəti ilə təşrif buyurub.
Məlumatı AFFA-dan da təsdiq ediblər. Bildirilib ki, Bakıda Olimpiya stadionunda Ronaldinyonun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, braziliyalı futbolçu Azərbaycana gəlməsi ilə bağlı "İnstagram” səhifəsində məlumat verib. O, şəklinə "Bakıda ilk gün” qeydini yazıb.
Xatırladaq ki, "Qəbələ” futbol klubunun prezidenti Taleh Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur./azvision.az
7News.Az








