"Real”ın və Portuqaliya millisinin aparıcı üzvü Kriştianu Ronaldo ad gününü qeyd edib.
7News.az-ın məlumatına görə, ulduz futbolçunun 33 yaşı tamam olub.
Tvitterdə fotosunu paylaşan Ronaldo onu təbrik edən pərəstişkarlarına minnətdarlıq edib.
Qeyd edək ki, "Qızıl top”un 5 qat, "Qızıl buts”un 4 qat, Çempionlar Liqasının 4 qat qalibi olan Ronaldo 2016-cı ildə də Avropa çempionu tituluna yiyələnib.